Şəkidə və Zaqatalada Beynəlxalq Əlillər günü münasibəti ilə tədbirlər keçirilib

Şəki. Zaqatala. Vüqar Heydərov-APA. Şəkidə 3 dekabr Beynəlxalq Əlillər günü münasibəti ilə tədbir keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayon İcra Hakimiyyətindən məlumat verilib. Tədbir Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Şəki rayon şöbəsinin təşəbbüsü ilə baş tutub. Tədbirdə Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Şəki rayon şöbəsi adından, Şəkidə yaşayan hər bir əlil ailəsinə 20 manat məbləğində maddi yardım göstərilib.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında Əhalinin Sosial Müdafiəsi Baş İdarəsinin 20 saylı Zona şöbəsi, 3 dekabr Beynəlxalq Əlillər günü münasibətilə Şəkidə 280, Oğuzda 70 əlil ailəsinə maddi yardım göstərib. Beynəlxalq Əlillər günü Zaqatalada da qeyd olunub. Zaqatala rayon İcra Hakimiyyətindən APA-nın yerli bürosuna verilən məlumata görə, Beynəlxalq Əlillər günü münasibəti ilə rayonda yaşayan hər bir əlil ailəsinə maddi yardım göstərilib.

Sosial

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada 36 nəfər COVID-19-a yoluxub, ölən olmayıb

Zorakılıqla üzləşən qadın və uşaqları sığınacağa yerləşdirilib