Ənvər Əliyev: “Kitabımda meydan hərəkatının bir çox sirli məqamlarını açıqlamışam”

Ənvər Əliyev: “Kitabımda meydan hərəkatının bir çox sirli məqamlarını açıqlamışam”
# 04 dekabr 2008 10:33 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi işçisi, Mərkəzi Seçki Komissiyasının (MSK) keçmiş üzvü Ənvər Əliyev ötən ildən yazmağa başladığı “Meydan sirləri” kitabını başa çatdırıb. Ə. Əliyev APA-ya bildirib ki, kitab çapa tam hazır olsa da, maliyyə problemlərindən işıq üzü görməsi bir qədər ləngiyir. Müəllifin sözlərinə görə, 1988-ci il noyabrın 17-dən dekabrın 5-dək “Azadlıq” meydanında keçirilmiş mitinqdə çoxlu sirli məqam olub: “Həmin məqamlar hələ də geniş ictimaiyyətə məlum deyil. Meydan hərəkatının fəal təşkilatçılarından biri kimi kitabda aksiyanın başlanması, davamlı olması, hakimiyyətin aksiyanı dağıtmaq planları, hərəkatı parçalamaq üçün meydana göndərilən casuslar barədə bir sıra məqamlara kitabında aydınlıq gətirilib. Kitabı yazarkən rəsmi sənədlərdən, şahidi olduğum hadisələrdən, istintaq və arxiv materiallarından istifadə etmişəm”.

Ə. Əliyev “Meydan sirləri”ndə “Azadlıq” meydanında insanların sayının azalmasının səbəblərinə də aydınlıq gətirib. Kitabda, həmçinin, meydanda yığılan milyonlarla pulun yoxa çıxması, aksiyanın təşkilatçılarının istintaq zamanı hansı məqamları açıqlamaları, Nemət Pənahlının hökumətin hansı nümayəndələri ilə əlaqəsinin olması, onun ifadəsi əsasında kimlərin həbs edilməsi, İsa Qəmbəri meydanda çıxış etməyə kimlərin məcbur etməsi, Sabir Rüstəmxanlı və Nemət Pənahlının tətil və Ermənistanı iqtisadi blokadaya almaq, ermənilərin qovulması kimi çağırışların əleyhinə olmalarının səbəbləri, Əli Kərimlinin müstəntiqlərlə danışıqları, Fazil Qəzənfəroğlunun istintaqa verdiyi ifadəsindəki məqamlar da açıqlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR