Azərbaycanlı ekspertlər İsraildə keçiriləcək tədbirdə iştirak edəcəklər

Azərbaycanlı ekspertlər İsraildə keçiriləcək tədbirdə iştirak edəcəklər
# 04 dekabr 2008 11:43 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycandan olan dörd ekspert dekabrın 8-dən 22-dək İsraildə keçiriləcək Səhralaşma ilə Mübarizə üçün Su Ehtiyatlarından İstifadə üzrə beynəlxalq konfransa qatılacaq. İsrailin Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfrans İsrailin “Maşav” Beynəlxalq Əməkdaşlıq Proqramı tərəfindən təşkil olunub. Azərbaycan tərəfindən iştirak edəcək nümayəndə heyətinə BMT İnkişaf Proqramının Səhralaşmaya qarşı Mübarizə və Su Təsərrüfatı üzrə Milli Layihəsinin ölkə koordinatoru, Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətli rəsmisi, OXFAM-la davamlı əməkdaşlıq çərçivəsində “ARAN” QHT-nin rəhbəri və “ARAN” QHT-də “Livelihood” layihəsinin rəhbəri daxildir. Konfransın məqsədi məhdud su ehtiyatları şəraitində effektiv strategiya və menecment, eləcə də quru və yarım quru şəraitdə eroziyaya qarşı suvarma texnologiyası sahəsində İsrailin bilik və təcrübəsi ilə tanış olmaqdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR