QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə ABŞ-da görüşlər keçirib

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə ABŞ-da görüşlər keçirib
# 04 dekabr 2008 13:01 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. ABŞ-ın Sietl şəhərində səfərdə olan Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti şəhər rəhbərliyi bir sıra görüşlər keçirib. Şuradan APA-ya daxil olan məlumata görə, nümayəndə heyəti Sietl rəhbərliyi, “Boinq” Korporasiyasının Qlobal Korporativ Məsuliyyət üzrə baş meneceri Din Makkolqan, Bill Qeyts Fondunun Baş İdarəetmə üzrə direktoru xanım Marta Koul, Sietl Fondunun Prezidenti Filis Kempbellə görüşərək təcrübə mübadiləsi aparıblar. Nümayəndə heyətinin rəhbəri Azay Quliyev tanınmış Konqresmen Adam Smit və ştatın ictimai-siyasi xadimlərlə görüşlər keçirib. Nümayəndə heyətinin üzvlərinin sabah Vaşinqton Universitetinin professor heyəti və rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR