“Rostropoviç - Vişnevskaya” Fondu gələn ildən Azərbaycanda hepatit B və HİV virusunun profilaktikasına dair yeni layihə həyata keçirəcək

“Rostropoviç - Vişnevskaya” Fondu gələn ildən Azərbaycanda hepatit B  və HİV virusunun profilaktikasına dair yeni layihə həyata keçirəcək
# 04 dekabr 2008 13:08 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Gələn ildən “Rostropoviç-Vişnevskaya” Fondu Azərbaycanda yeni proqram həyata keçirməyə başlayacaq. Fondun Azərbaycan üzrə direktoru Soltan Məmmədov APA-ya bildirib ki, Səhiyyə Nazirliyinin prioritet kimi müəyyənləşdirdiyi “Hamilə qadınların hepatit B, HİV virusuna qarşı diaqnostikası və yeni doğulan uşaqların hepatit B-yə qarşı profilaktikası” proqramı gələn il yalnız Bakını, 2010-cu ildən başlayaraq isə bütün respublikanı əhatə edəcək. İlk iki ildə proqram fond tərəfindən maliyyələşdiriləcək. 2011-ci ildən başlayaraq isə Səhiyyə Nazirliyinin proqram üzrə öhdəliyi artırılacaq. 2012-ci ildən artıq proqram tam şəkildə Səhiyyə Nazirliyi tərəfindən icra ediləcək. İlk iki ildə proqramın dəyəri 1 milyon dollardan çox olacaq. S. Məmmədov deyib ki, əsasən, qan və cinsi yolla ötürülən hepatit B virusu anadan bətndəki dölə keçərsə, bu xəstəlik 90 faiz halda uşaqda xroniki hala keçir və bir neçə ildən sonra qaraciyərin xərçəngi xəstəliyinin yaranmasına gətirib çıxarır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR