“Rostropoviç-Vişnevskaya” Fondu Azərbaycanda həyata keçirdiyi 5 illik immunlaşdırma proqramını bu ilin sonundan dayandıracaq

Bakı. İlhamə İsabalayeva-APA. “Rostropoviç-Vişnevskaya” Fondu Azərbaycanda 2003-cü ildən həyata keçirdiyi qızılca, məxmərək və parotit xəstəliklərinə qarşı immunlaşdırma proqramını bu ilin sonundan dayandıracaq. Fondun Azərbaycan üzrə direktoru Soltan Məmmədov APA-ya bildirib ki, 1-6 yaşlı uşaqlar üçün nəzərdə tutulan immunlaşdırma proqramı ötən il yekunlaşmalı olsa da, sonradan onun müddətinin daha 1 il uzadılması qərara alınıb. Gələn ilin əvvəlindən artıq bu proqram tam şəkildə Səhiyyə Nazirliyinin büdcəsi hesabına yerinə yetiriləcək. Fond proqram çərçivəsində qızılca, məxmərək və parotit xəstəliklərinə qarşı peyvəndlər edib, “soyuq zəncir” avadanlığı alıb. Ümumilikdə bu beynəlxalq qurum proqramın maliyyələşdirilməsinə təqribən 10 milyon dollar sərf edib.
Sosial

46 namizəd hakimlik üçün imtahan verib

“Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin nəticələri elan edilib

FHN yanında İctimai şurada obyektlərdə texniki təhlükəsizlik məsələləri müzakirə edilib
