Göyçayda "Korrupsiyaya yox deyək" mövzusunda tədbir keçirilib
05 dekabr 2008 22:30 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov-APA. Bu gün Göyçayda Korrupsiyaya qarşı Mübarizə Fondunun təşkilatçılığı ilə "Korrupsiyaya yox deyək" mövzusunda toplantı keçirilib. APA-nın yerli bürosunun xəbərinə görə, YAP-ın Göyçay rayon təşkilatında keçirilən tədbirdə çıxış edən Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov, rayon icra hakimiyyəti başçısının müavini Rəxşəndə Rəcəbova korrupsiyaya qarşı aparılan mübarizə tədbirləri haqda məlumat verib, bununla bağlı mövcud olan qanunvericilik bazası, şəffaflığın artırılması ilə bağlı yerlərdə müvafiq maarifləndirmə işlərinin aparıldığını bildiriblər. Bir çox idarə və təşkilat rəhbərinin, bələdiyyə sədrinin iştirak etdiyi tədbirdə qeyd olunub ki, Korrupsiyaya qarşı Mübarizə Fondu tərəfindən həyata keçirilən "Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirmə və virtual məsləhət " layihəsi Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının müsabiqə proqramında qalib müəyyən edilib.
Sosial
Dövlət Təhlükəsizliyi Xidmətində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
19:46
10 may 2024
Gəncədə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konfrans keçirilib
17:08
10 may 2024
ADY ümummilli lider Heydər Əliyevin anadan olması münasibətilə qanvermə aksiyası təşkil edib - FOTO
15:59
10 may 2024
FHN-də Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib - VİDEO
15:54
10 may 2024