Şərqi Avropa ölkələrinin Avropa Hərəkatlarının Avropa Qonşuluq Siyasətinə Dəstək Koalisiyasının yaradılması təklif olunub

Bakı. Ramil Məmmədli-APA. Avropa Hərəkatının Azərbaycan nümayəndəliyi Şərqi Avropa ölkələrinin Avropa Hərəkatlarının Avropa Qonşuluq Siyasətinə Dəstək Koalisiyasının yaradılması təklifi ilə çıxış edib. Bu barədə APA-ya nümayəndəliyin baş katibi Rəşad Xasayoğlu məlumat verib. Onun sözlərinə görə, Gürcüstan, Rumıniya və Ukrayna bu təklifi dəstəkləyib. R. Xasayoğlu deyib ki, hərəkatın Azərbaycan nümayəndəliyi yeni təsis olunduğundan təşkilat ölkə daxilində fəaliyyətini genişləndirməklə məşğuldur. O, son bir neçə ay ərzində Avropa ölkələrinin Azərbaycanda fəaliyyət göstərən səfirlikləri, ATƏT-in və Avropa Şurasının nümayəndələri ilə görüşlərin keçirildiyini də söyləyib: “Hərəkat nümayəndələrinin Norveç, Yunanıstan, Rumıniya, İsveçrə, Polşa, Litva, Almaniya, Fransa, İtaliya səfirləri, o cümlədən Avropa Komissiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri, səfir Alan Vaddams, ATƏT-in ölkəmizdəki səfiri Xose Luis Ferrera ilə də görüşüblər”. Görüşlərdə nümayəndəliyin 2009-cu il üçün fəaliyyət planı açıqlanıb.
Sosial

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada 36 nəfər COVID-19-a yoluxub, ölən olmayıb

Zorakılıqla üzləşən qadın və uşaqları sığınacağa yerləşdirilib
