Dünya Bankının Azərbaycanda həyata keçirdiyi «Pensiya və sosial təminat Layihəsi» gələn il başa çatacaq

Dünya Bankının Azərbaycanda həyata keçirdiyi «Pensiya və sosial təminat Layihəsi» gələn il başa çatacaq
# 02 aprel 2009 13:34 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan hökumətinin Dünya Bankı (DB) ilə birlikdə həyata keçirdiyi «Pensiya və sosial təminat Layihəsi»nin icrası 2010-cu ilin fevral ayında yekunlaşacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Elnur Sultanov APA-ya bildirib ki, 2005-ci ilin yanvar ayından icrasına başlanan və ümumi dəyəri 15 mln. ABŞ dolları olan bu layihənin maliyyələşdirilməsinə DB təqribən 10 mln. dollar kredit ayırıb.

Şöbə müdiri onu da bildirib ki, layihədə Azərbaycan hökumətinin payı 7,9 mln. dollardır. Layihə hesabına ƏƏSMN-in yerli şöbələrinin institusional potensialının gücləndirilməsinə, nazirliyin rayon və şəhər mərkəzləri texniki avadanlıqlarla təchiz edilməsinə, bəzi binaların təmir edilməsinə diqqət yetirilib.

Bundan əlavə, ünvanlı sosial yardım (ÜSY) proqramının idarə olunması və nazirlik tərəfindən həyata keçirilməsi üçün xüsusiləşdirilmiş proqram təminatı yaradılıb. Həmin proqram vasitəsilə əhalidən daxil olan ərizələr on-line rejimində toplanılaraq xüsusi bazaya yerləşdirilib, yardım almayan vətəndaşlar haqqında da ümumi baza toplanılıb, təlimlər keçirilib, habelə bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi üçün mütəmadi tövsiyələr verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR