Qarabağın tarixinə, Bərdənin 3000 illiyinə həsr olunan konfransda alimlər arasında fikir ayrılığı yaranıb

Bərdə. Teymur Zahidoğlu-APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Arxeologiya və Etnoqrafiya İnstitutu və Bərdə Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Bərdədə keçirilən “Qarabağın tarixi, arxeologiyası və etnoqrafiyası və Bərdə şəhərinin 3000 illik tarixi” mövzusunda elmi-praktik konfrans başa çatıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, tədbirdə Azərbaycanın tanınmış tarixçiləri və arxeoloqları arasında ciddi mübahisələr yaranıb. Akademik, etnoqraf Teymur Bünyadov, AMEA-nın müxbir üzvü İlyas Babayev Bərdənin yaşayış məntəqəsi kimi yaşının 5000 ildən çox olduğunu, amma şəhər kimi tarixinin 3000 min il olmadığını iddia ediblər. Tarix elmləri doktoru, professor Əsədulla Cəfərov, professor Qüdrət İsmayılzadə, tarix elmləri doktoru, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova, tarix elmləri doktoru Tufan Axundov və digər alimlər isə Bərdənin 3000 min illik şəhər mədəniyyətinə malik olduğunu bildiriblər.
Alimlər bildiriblər ki, bu il aprelin 6-da Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasında 21 nəfər şura üzvünün iştirakı ilə, bir nəfər əleyhinə olmaqla Bərdə şəhərinin 3000 illik tarixə malik olması haqda qərar qəbul edilib. Amma Bərdədə keçirilən tədbirdə alimlərin ikisi həmin qərarın düzgün olmadığına dair iddialar səsləndiriblər.

Sosial

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda daha 469 nəfər COVID-19-a yoluxub

Uşaq musiqi məktəblərinə müəllimlərin işə qəbulu üzrə test imtahanı başa çatıb - FOTO