Ədliyyə orqanlarında işə qəbul üçün sənəd qəbulu bu ayın sonunda yekunlaşacaq

Ədliyyə orqanlarında işə qəbul üçün sənəd qəbulu bu ayın sonunda yekunlaşacaq
# 17 aprel 2009 13:17 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Ədliyyə orqanlarında qulluqla bağlı sənədlərin qəbulu bu ayın sonunda yekunlaşacaq. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 2008-ci ilin noyabrından başlanan sənəd qəbulu aprelin 30-dək davam edəcək. Namizədlər qulluğa qəbulla əlaqədar keçiriləcək test imtahanının vaxtı və yeri, həmçinin imtahan buraxılış vərəqəsinin təqdim edilməsi barədə əvvəlcədən məlumatlandırılacaq. İmtahan haqqında əlavə məlumatları nazirliyin rəsmi internet saytından (www.justice.gov.az) və 430-01-18, 430-11-05 nömrəli telefonlara zəng etməklə öyrənmək olar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR