Naxçıvanda e. ə. IV-II minilliklərə aid yeni duz mədənləri, gil yataqları aşkarlanıb

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşları Naxçıvanda yerləşən Duzdağın cənub-qərb hissəsində e.ə. IV-II minilliklərə aid yeni duz mədənləri, gil yataqları və ilk dəfə olaraq kars çuxurları aşkar ediblər. Bu barədə APA-ya AMEA-nın mətbuat xidmətindən məlumat verilib. Ərazidən tapılan daş alətlər erkən tunc dövrü, keramika nümunələri isə tunc dövründən orta əsrlərə qədər olan dövrü əhatə edir. Burada aşkar edilmiş çuxurların sahələri 50-500 kvadratmetr arasında dəyişir və onların bəzilərinin dərinliyi 7 metrə qədərdir. Tədqiqatlar zamanı burada kəhrizə rast gəlinməsi vaxtilə bu ərazidə yaşayışın olması ilə əlaqədardır. Bu cür kəhriz sisteminə indiyədək bölgədə rast gəlinməyib. 3 quyudan ibarət olan bu kəhriz qədimliyinə görə tarixi əhəmiyyətə malikdir.
Sosial

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının işçi qrupunun iclası keçirilib

Kamran Əliyev Britaniya səfiri ilə görüşüb - FOTO

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
