Qeyri-formal iqtisadiyyatın formal sektora keçməsində həmkarlar ittifaqı təşkilatlarının yeri və vəzifələri müzakirə olunub

Qeyri-formal iqtisadiyyatın formal sektora keçməsində həmkarlar ittifaqı təşkilatlarının yeri və vəzifələri müzakirə olunub
# 21 aprel 2009 13:53 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsində Azərbaycanda qeyri-formal iqtisadiyyatın tədricən formal sektora keçməsində həmkarlar ittifaqı təşkilatlarının yeri və vəzifələri mövzusunda müzakirələr aparılıb. AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, müzakirələr zamanı qeyri-formal fəaliyyət göstərən müəssisələrdə çalışan işçilərin sosial-əmək hüquqlarının təmin olunmaması, əmək şəraitinin və əməyin mühafizəsinin qanunvericiliyin tələblərinə cavab verməməsi, onların gündəlik və həftəlik iş vaxtından artıq işləmələri, istirahət və bayram günləri işə cəlb edilmələri və s. qeyd olunub. Bildirilib ki, bu problemlərlə əlaqədar bir neçə təşkilatı və maarifləndirmə tədbirləri həyata keçirilib. Qeyri-formal iqtisadiyyatla bağlı problemlərin həllində həmkarlar ittifaqı təşkilatlarının rolunu və məsuliyyətini artırmaq məqsədilə AHİK İcraiyyə Komitəsi müvafiq gərar qəbul edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR