Təhsil Nazirliyi “Ən yaxşı tələbə elmi-tədqiqat işi” müsabiqəsinin qaliblərini mükafatlandırıb

Təhsil Nazirliyi  “Ən yaxşı tələbə elmi-tədqiqat işi”  müsabiqəsinin qaliblərini mükafatlandırıb
# 22 aprel 2009 11:10 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Bu gün Təhsil Nazirliyində (TN) “Ən yaxşı tələbə elmi-tədqiqat işi” müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. APA-nın məlumatına görə, təhsil nazirinin müavini İradə Hüseynova bildirib ki, müsabiqə ötən il dekabrın 16-17-də TN-nin təşkilatçılığı ilə Odlar Yurdu Universitetinin bazasında keçirilmiş Ali Məktəb Tələbələrinin XXI Respublika Elmi Konfransı çərçivəsində təşkil olunub. Konfransın 16 bölməsində 320 tələbə məruzə ilə çıxış edib. Tələbələrin məruzələrində əks olunmuş elmi-tədqiqat işinin nəticələri bölmə sədrləri və ekspertlər tərəfindən 100 ballıq sistem üzrə qiymətləndirilib. Həmin qiymətlər əsasında Təşkilat Komitəsi tərəfindən orta ballar müəyyənləşdirilib və konfrans iştirakçılarının reytinq cədvəli tutulub.
İ. Hüseynova deyib ki, bu ilin fevral-mart ayları ərzində keçirilmiş müsabiqəyə reytinq cədvəlinin yuxarı üç pilləsində olan tələbələr buraxılıb. Həmin tələbələr arasından müsabiqə qaliblərini seçmək üçün TN tanınmış alimlərdən ibarət münsiflər heyəti yaradıb. Münsiflər heyəti müsabiqəyə buraxılmış hər bir tələbə ilə müsahibə aparıb və 16 qalib müəyyənləşdirib.
Daha sonra isə “Ən yaxşı tələbə elmi-tədqiqat işi” müsabiqəsinin qaliblərinə TN-nin diplomları təqdim olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR