Əsas təhsil bazasından orta ixtisas məktəblərinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə Apellyasiya Komissiyası yaradılıb

Əsas təhsil bazasından orta ixtisas məktəblərinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə Apellyasiya Komissiyası yaradılıb
# 20 iyul 2009 10:26 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK)
2009-2010-cu tədris ilində qabiliyyət imtahanlarının keçirilməsinin obyektivliyini və şəffaflığını təmin etmək məqsədilə əsas (9 illik) təhsil bazasından orta ixtisas məktəblərinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə Apellyasiya Komissiyası təşkil edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Apellyasiya Komissiyasına qabiliyyət imtahanını təkrar keçirmək hüququ verilib. Apellyasiya ərizələri bütün ixtisaslar üzrə iyulun 21-dən 27-dək saat 10.00-13.00 arası TQDK-da qəbul olunur. Abituriyentlər Apellyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənəd, 9 illik təhsil haqqında şəhadətnamə və xüsusi qabiliyyət tələb edən ixtisas üzrə qeydiyyatdan keçdikləri təhsil müəssisəsi tərəfindən verilmiş “Abituriyentin qabiliyyət imtahanı vərəqi” təqdim etməlidirlər. Apellyasiya iyulun 28-dən 30-dək keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR