Bir neçə marketdə saxlama müddəti ötmüş ərzaq məhsulları aşkarlanıb

Bir neçə marketdə saxlama müddəti ötmüş ərzaq məhsulları aşkarlanıb
# 22 iyul 2009 12:39 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin iyulun 21-də keçirdiyi növbəti monitorinq zamanı bir sıra ticarət obyektlərində saxta məhsullar aşkarlanıb. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Bakı şəhərinin Nərimanov rayonundakı “Elit market”də, Nəsimi rayonundakı “Grand-mart market”də, Yasamal rayonundakı “Life” supermarketində, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindəki “Maşallah market”də, Gəncə şəhərindəki “Palma market”də ümumi çəkisi 210 kiloqram olan saxlama müddəti ötmüş ərzaq məhsulları tapılıb. Həmin məhsullar satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş 1 hüquqi və 4 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib. Bu şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun inzibati cərimələr tətbiq olunacaq.

Ümumiyyətlə, mayın 17-dən bu günədək aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilən 36 hüquqi şəxsə 140,5 min manat, 202 fiziki şəxsə isə 303,5 min manat cərimə tətbiq olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR