Azərbaycan ərazisində havanın temperaturu düşür, bəzi rayonlarda leysan və dolu gözlənilir

Azərbaycan ərazisində havanın temperaturu düşür, bəzi rayonlarda leysan və dolu gözlənilir
# 23 iyul 2009 08:49 (UTC +04:00)
Şimal küləyi əsəcək, yarımadanın bəzi yerlərində arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gündüz 28-31 dərəcə, axşam 23-25 dərəcə, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti olacaq.

İyulun 24-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal küləyi əsəcək, arabir gündüz yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 24-26 dərəcə, gündüz 27-30 dərəcə, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti olacaq. İyulun 25-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal küləyi əsəcək, gündüz yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 24-26 dərəcə, gündüz 29-31 dərəcə isti olacaq. İyulun 26-da hava az buludlu, yağmursuz olacaq. Şimal küləyi əsəcək, arabir nisbətən güclənəcək, gündüz şimal-şərq küləyinə keçəcək, arabir nisbətən güclənəcək. Havanın temperaturu gecə 25-27 dərəcə, gündüz 30-33 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 24-də əsasən gecə və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 22-26 dərəcə, gündüz 34-38 dərəcə, dağlarda gecə 12-16 dərəcə, gündüz 22-26 dərəcə isti olacaq. İyulun 25-26-da, əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 22-27 dərəcə, gündüz 35-40 dərəcə, dağlarda gecə 13-17 dərəcə, gündüz 23-27 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında güclü xəzri küləyinin əsməsi fonunda havanın temperaturunun iqlim normasına yaxın tərəddüd edəcəyi gözlənilir ki, belə hava şəraiti əksər meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR