Səhiyyə naziri USAİD-ın Azərbaycan üzrə rəhbərini və təşkilatın səhiyyə proqramları direktorunu qəbul edib

Səhiyyə naziri USAİD-ın Azərbaycan üzrə rəhbərini və təşkilatın səhiyyə proqramları direktorunu qəbul edib
# 23 noyabr 2009 14:19 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Səhiyyə naziri Oqtay Şirəliyev ABŞ İnkişaf Agentliyinin (USAİD) Azərbaycan üzrə rəhbəri Skot Teyloru və təşkilatın səhiyyə proqramları direktoru Karen Velşi qəbul edib. Nazirliyin beynəlxalq əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib. Bildirilib ki, Azərbaycanın müstəqilliyinin ilk günlərindən ABŞ-ın bu qurumu ilə səhiyyə sahəsində müxtəlif layihələr həyata keçirilib, Səhiyyə Nazirliyi ilə USAİD arasında “İlkin səhiyyə xidmətlərinin təkmilləşdirilməsi” və “Təcili təxirəsalınmaz tibbi yardımın təkmilləşdirilməsi təşəbbüsü” adlı iki anlaşma Memorandumu imzalanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR