Dillər Universitetində Alman dili fakültəsinin yaranmasının 60 illiyi qeyd olunacaq

Dillər Universitetində Alman dili fakültəsinin yaranmasının 60 illiyi qeyd olunacaq
# 15 dekabr 2009 23:26 (UTC +04:00)
Bakı – APA. Dekabrın 19-da Azərbaycan Dillər Universitetində (ADU) Alman dili fakültəsinin yaranmasının 60 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçiriləcək.

ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, universitetin rektoru, millət vəkili Səməd Seyidovun, Türkiyənin Mərmərə və Samsun universitetlərinin, Almaniyanın Frayburq Universitetinin Alman dili və ədəbiyyatı İnstitutu, Moldovanın Russo Universiteti, AMEA-nın, Azərbaycanda fəaliyyət göstərən digər ali təhsil müəssisələri nümayəndələrinin və ADU-nun professor-müəllim heyətinin iştirak edəcəyi tədbir çərçivəsində Mərmərə Universitetindən professor Acar Sevim və dosent Leyla Coşan, Samsun Universitetindən professor Münife Uysal, Almaniyanın Frayburq Universitetinin Alman dili və ədəbiyyatı İnstitutundan professor Holqer Rudlos və professor Hans Verner, Moldovanın Russo adına Universitetindən dosent Svetlana Dzeriş və digər elm adamları iştirak edəcəklər.

Qonaqlar “Alman dili və ədəbiyyatının innovativ tədrisi təcrübəsi”, “Alman dili və ədəbiyyatının praktik-nəzəri məsələləri”, “Alman ədəbiyyatının tərcümə problemləri” və “Müəllim hazırlığında pedaqoji təcrübənin rolu” mövzularında məruzələrlə çıxış edəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR