“İlin QHT layihəsi” və “2009-cu ildə QHT-lərin fəaliyyətini ən yaxşı işıqlandıran KİV” müsabiqələrinin qalibləri mükafatlandırılıb - FOTOSESSİYA

“İlin QHT layihəsi” və “2009-cu ildə QHT-lərin fəaliyyətini ən yaxşı işıqlandıran KİV” müsabiqələrinin qalibləri mükafatlandırılıb - <font color=red>FOTOSESSİYA</font>
# 16 dekabr 2009 10:16 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “İlin QHT layihəsi” və “2009-cu ildə QHT-lərin fəaliyyətini ən yaxşı işıqlandıran KİV” müsabiqələrinin qaliblərinin mükafatlandırılması mərasimini keçirib. APA-nın məlumatına görə, mərasimdə çıxış edən şuranın sədri Azay Quliyev 2009-cu ildə maliyyələşdirdikləri layihələrin monitorinqini apardıqlarını və bu layihələrin cəmiyyətə təsirini qiymətləndirdiklərini deyib. O, mətbuat-QHT əlaqələrinin monitorinqini apardıqlarını da söyləyib.

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə çıxışında dövlətin vətəndaş cəmiyyətinin inkişafına yardım göstərdiyini, bu məsələni dövlətin siyasətində mühüm yer tutduğunu bildirib.

“İlin QHT layihəsi” mükafatını Humanitar Tədqiqatlar Cəmiyyəti, “SOS” Uşaq Kəndləri – Azərbaycan Assosiasiyası və Azərbaycan Hüquqşünaslar Konfederasiyası qazanıb. 2009-cu ildə QHT-lərin fəaliyyətini ən yaxşı işıqlandıran KİV nominasiyasını qazananlar arasında APA və “Lent.az” da var. Bir sıra jurnalistlər də bu nominasiya üzrə qalib elan olunublar.

Mükafatları Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin komissiya sədri Rəbiyyət Aslanova və digərləri təqdim edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR