2006-cı ildə Konstitusiya Məhkəməsinə 2090 şikayət daxil olub

2006-cı ildə Konstitusiya Məhkəməsinə 2090 şikayət daxil olub
# 17 yanvar 2007 10:05 (UTC +04:00)
2006-cı ildə Konstitusiya Məhkəməsinə 2090 şikayət daxil olub. Konstitusiya Məhkəməsindən APA-ya verilən məlumata görə, icraata qəbul edilməyən şikayətlərlə bağlı 483 qərardad çıxarılıb. 52 şikayət hazırda palatalar tərəfindən müzakirə edilir. 4 şikayət isə icraata qəbul edilib və yaxın gələcəkdə onlarla bağlı qərar qəbul olunacaq. Ötən il Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən 11 qərar və 4 qərardad çıxarılıb. Qərarlardan 9-u fərdi şikayətlərlə, 1-i baş prokurorun sorğusu ilə, 1-i isə Milli Məclisə təkrar seçkilərlə bağlıdır. Qeyd edək ki, Konstitusiya Məhkəməsinə 2004-cü ildə 2956, 2005-ci ildə 2640 şikayət daxil olub. 1998-2006-cı illərdə Konstitusiya Məhkəməsi tərəfindən 133 qərar, 21 qərardad çıxarılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR