“Azərbaycanda sosial iş və uşaqlara qayğı göstərilməsi standartlarının hazırlanması” mövzusunda seminar keçirilir

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi BMT-nin Uşaq Fondu ilə birgə “Azərbaycanda sosial iş və uşaqlara qayğı göstərilməsi standartlarının hazırlanması” mövzusunda 3 günlük seminar başlayıb. APA-nın məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib ki, seminarın məqsədi sosial iş və uşağa qayğı göstərilməsi standartlarının Azərbaycan modelinin hazırlanmasını müzakirə etmək və müvafiq nazirliklərin, qeyri-hökumət təşkilatlarının seminarda adekvat şəkildə təmsil olunmasını təmin etməkdir. Bu standartların tətbiqi Azərbaycan prezidentinin de-institutilizasiya və alternativ qayğı ilə bağlı 2006-cı ildə təsdiq etdiyi dövlət proqramının mühüm bir hissəsidir: “Bu proqramda söhbət təkcə uşaqların ailələrə verilməsindən getmir. Bu məsələyə köklü şəkildə yanaşmaq lazımdır. Uşaq ailəyə veriləndə onun rifah şəraitini də yaxşılaşdırmaq lazımdır. Ona görə də bu gün nazirlik tərəfindən ünvanlı yardım mexanizmi tətbiq edilir. Burada digər sosial müdafiə məsələləri də nəzərdə tutulub”. Nazir müavini bildirib ki, hazırda ən böyük problemlərdən biri sosial işçilərin çatışmazlığıdır. Sosial işçilərin çatışmazlığı lokapetlərin, defektoloqların çatışmazlığına gətirib çıxarır. Ona görə də bu ildən Bakı Dövlət Universitetində sosial iş üzrə xüsusi fakültə açılıb. /APA/
Sosial

Azərbaycanın bəzi yerlərində şimşək çaxıb, leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA
Şəmkir şəhərində və Zəyəm qəsəbəsində yaşayış evlərini su basıb - VİDEO

Qəbul imtahanlarında 28 mindən çox abituriyentin iştirakı gözlənilir
