200-dən çox uşaq internat məktəblərindən ailəsinə qaytarılıb

Ölkə prezidentinin 2006-cı ilin martında təsdiqlədiyi “Azərbaycan Respublikasının dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (deinstitusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” (2006-2015-ci illər) çərçivəsində indiyə kimi 200-dən çox uşaq bioloji ailəsinə qaytarılıb. Təhsil Nazirliyinin mütəxəssisi Əhliyyət Adıgözəlov APA-ya bildirib ki, hazırda respublikada 38 internat məktəbi var, orada 21 min uşaq təhsil alır. Bu uşaqların 500-nün hər iki, 1700-nün isə bir valideyni yoxdur. Ə. Adıgözəlov deyib ki, aparılan araşdırmalar zamanı daha uğursuz ailələrin uşaqlarının internatlara verildiyi məlum olub. /APA/
Sosial

Emin Əmrullayev: Hər insanın içində bir istedad var

Məleykə Abbaszadə: DİM məktəblər üçün yeni layihə hazırlayır

Bakıda "ASAN xidmət”in təşkilatçılığı ilə İnsan Resursları və İdarəetmə Forumu keçirilir - FOTO
