“Azərbaycan 2006-cı ildə” mövzusunda sosioloji monitorinq keçirilib

Politoloq Rasim Musabəyov “Azərbaycan 2006-cı ildə” mövzusunda keçirilmiş sosioloji monitorinqin nəticələrinə həsr olunan mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, R. Musabəyov Azərbaycanın 15 rayonunda və 12 şəhərində keçirilən sorğuda 1000 nəfər respondentin iştirak etdiyini deyib. O bildirib ki, sorğu nəticəsində şəxslərin və qurumların etibarlılıq dərəcəsi də müəyyən edilib: “İctimaiyyət tərəfindən etibar qazananlar arasında liderlik 71 faizlə prezident İlham Əliyevə məxsusdur. Ordu (38,9 faiz) və kütləvi informasiya vasitələri (14,6 faiz) etibarlılıq dərəcəsinə görə ikinci və üçüncü yerləri bölüşdürür. Hakimiyyətin digər pillələri isə olduqca aşağı nəticə göstəriblər”. R. Musabəyov Dağlıq Qarabağ münaqişəsinə dair sualı cavablandıran respondentlərin əksəriyyətinin problemin sülh yolu ilə həll olunacağına inandıqlarını da deyib: “Respondentlərin böyük əksəriyyəti - 59,4 faizi hər hansı güzəştin olmasını ümumiyyətlə, qəbul etmir”. Əhalinin maddi vəziyyətinə gəlincə, respondentlərin əksəriyyəti sosial vəziyyətlərinin pis olmadığı qənaətindədir. Ancaq R. Musabəyovun fikrincə, bununla bağlı vəziyyət yəqin ki, dəyişib. Bu da yanvar ayından sonra qiymətlərin artması ilə bağlıdır. /APA/
Sosial

Tahir Budaqov: Heydər Əliyev xalqımızın parlaq gələcəyini təmin edib

İstirahət gününün hava proqnozu açılanıb

Ülvi Mehdiyev: "Asan Xidmət" layihəsi Azərbaycan brendinə çevirilib
