“Xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərinin həlli üçün Milli Fəaliyyət Planı layihəsi hazırlanıb

“Xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərinin həlli üçün Milli Fəaliyyət Planı layihəsi hazırlanıb
# 07 may 2007 13:41 (UTC +04:00)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı, USAİD, “Save the Children” (Uşaqları Xilas) Təşkilatı və UNICEF birgə olaraq təşkil etdiyi “Xüsusi qayğıya ehtiyacı olan uşaqların (əlilliyi olan uşaqların) problemlərinə dair” 1-ci Milli Konfransın nəticəsi olaraq Milli Fəaliyyət Planı (MEP) layihəsi hazırlanıb. UNİSEF-dən APA-ya verilən məlumata görə, bu planda əlliyi olan uşaqların bütün sahələrdə üzləşdikləri problemlərin həlli məqsədilə konkret tədbirlərin görülməsi nəzərdə tutulub. Sabah konfransın nəticəsi olaraq hazırlanan “Xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərinə dair” 1-ci Milli Konfransın Hesabatını özündə əks etdirən kitabın və MFP-nın layihəsinin təqdimatı təşkil ediləcək.
Qeyd edək ki, martın 26-da keçirilən konfransın əsas məqsədi Azərbaycan hökuməti və cəmiyyətinin diqqətini bu kateqoriyadan olan uşaqların problemlərinə və bu problemlərin həllinə yönəltmək olub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR