Yanvar-sentyabr aylarında Azərbaycanda əhalinin adambaşına düşən gəlirləri 38,2% artıb

Yanvar-sentyabr aylarında Azərbaycanda əhalinin adambaşına düşən gəlirləri 38,2% artıb
# 16 oktyabr 2007 10:57 (UTC +04:00)
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda əhalinin adambaşına gəlirləri 2006-cı ilin eyni dövrü ilə müqayisədə 38,2% artaraq 1 079 manat və ya 1 252,5 ABŞ dolları təşkil edib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə hər ay adambaşına orta hesabla 119,9 manat (139,2 dollar) məbləğində gəlir düşüb ki, bu da 2006-cı ildəkindən 33,1 manat çoxdur.
Bu ilin ilk 9 ayı ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 9,1 mlrd. manatlıq gəlirin 62,5%-i son istehlak xərclərinə, 11,6%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqqlarının ödənilməsinə sərf edilib, 25,9%-i isə kapital və əmanətlərin artırılmasına yönəldilib. Vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 8,1 mlrd. manatlıq və ya əvvəlki ildəkindən 2,4 mlrd. manat çox vəsait qalıb. /APA-Economics/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR