“Kapitalbank”ın Ucar rayon filialındakı bankomat 4 gündür işləmir

“Kapitalbank”ın Ucar rayon filialındakı bankomat 4 gündür işləmir
# 18 oktyabr 2007 13:53 (UTC +04:00)
“Kapitalbank”ın Ucar rayon filialındakı bankomat 4 gündür işləmir. Bu barədə APA-nın Aran bürosuna yerli sakinlər məlumat verib. Maaş və pensiyalarını almaq ümidi ilə rayon mərkəzinə gələn müxtəlif kəndlərin sakinləri neçə gündür əliboş geri dönürlər. “Kapitalbank”ın Ucar rayon filialının əməkdaşları isə bunun texniki nasazlıq, eləcə də antenaların uzaq olması ilə bağlı olduğunu bildiriblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR