Avtomobillərdə görməni məhdudlaşdıran vasitələrdən istifadənin aradan qaldırılması üçün prezidentin verdiyi möhlət oktyabrın 29-da başa çatır

Avtomobillərdə görməni məhdudlaşdıran vasitələrdən istifadənin aradan qaldırılması üçün prezidentin verdiyi möhlət oktyabrın 29-da başa çatır
# 26 oktyabr 2007 13:05 (UTC +04:00)
Prezident İlham Əliyevin avtomobillərdə görməni məhdudlaşdıran vasitələrdən istifadənin aradan qaldırılması ilə bağlı qoyduğu möhlət oktyabrın 29-da başa çatır. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Məlumata görə, dövlət başçısının tapşırığından sonra bütün respublika ərazisində avtomobillərdə görməni məhdudlaşdıran vasitələrdən istifadənin aradan qaldırılması ilə bağlı həyata keçirilən tədbirlər artıq yekunlaşmaq üzrədir. Görülən işlrələ bağlı hesabatlar Baş Dövlət Yol Polisi İdarəsinədə toplanır və oktyabarın 29-da açıqlanacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR