Azərbaycanın şimal-qərb bölgəsində 524 narkoman qeydiyyatdadır

Azərbaycanın şimal-qərb bölgəsində 524 narkoman qeydiyyatdadır
# 06 noyabr 2007 12:31 (UTC +04:00)
Hazırda ölkənin şimal-qərb bölgəsində 524 nəfər qeydiyyatda olan narkoman var. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu fakt Balakən rayonunda “Narkotik ağ ölümdür” mövzusunda keçirilən elmi-praktik konfransda səsləndirilib. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası Şəki, Qax, Zaqatala və Balakən rayonlarında elmi-praktik konfranslar keçirir. Tədbirdə çıxış edən komissiyanın rəhbəri İsrafil Əliyev bölgədəki durumla bağlı geniş məlumat verib və narkomanlığa qarşı aparılan əməliyyat tədbirlərindən danışıb. Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Ülvi Məmmədov isə bölgədə 524 nəfər qeydiyyata alınmış narkomanın olduğunu vurğulasa da, əslində bu rəqəmin 10 dəfələrlə çox olduğunu dilə gətirib. Bundan başqa, o, respublika üzrə ayrı-ayrı şəxslərdən 400 kiloqramdan çox narkotik maddə tutulduğunu, 1659 nəfərə isə narkotiklə bağlı cinayət işi qaldırıldığını bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR