Balakən və Qax rayonlarında “Narkomanlıq əsrimizin bəlasıdır” və “Gənclər narkotikə yox deyir!” mövzularında elmi-praktik konfranslar keçirilib

Balakən və Qax rayonlarında “Narkomanlıq əsrimizin bəlasıdır” və “Gənclər narkotikə yox deyir!” mövzularında elmi-praktik konfranslar keçirilib
# 06 noyabr 2007 15:26 (UTC +04:00)
Bu gün Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası narkomanlığın yayılmasının qarşısının alınması məqsədilə Balakən və Qax rayonlarında “Narkomanlıq əsrimizin bəlasıdır” və “Gənclər narkotikə yox deyir!” mövzularında elmi-praktik konfranslar keçirib. Dövlət Komissiyasında APA-ya verilən məlumata görə, konfransda çıxış edən natiqlər gənclərin maarifləndirilməsi, bu yolla narkomanlığın qarşının alınması istiqamətində məruzələr ediblər. Tədbirdə eyni zamanda narkomanlığın qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi müzakirə edilib. Tədbirdə narkomaniya probleminə aidiyyəti olan nazirlik, komitə və təşkilatların nümayəndələri iştirak edib. Növbəti tədbir noyabrın 7-də Şəki şəhərində keçiriləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR