Misir Mərdanov: “Azərbaycanda buraxılış imtahanının nəticələrindən narazı qalan şagirdlər üçün təkrar imtahan keçirilə bilər”

Misir Mərdanov: “Azərbaycanda buraxılış imtahanının nəticələrindən narazı qalan şagirdlər üçün təkrar imtahan keçirilə bilər”
# 13 iyun 2008 16:06 (UTC +04:00)
Nazir bildirib ki, narazı qalanlar iyunun 13, 14 və 15-də müraciət edə bilərlər. M. Mərdanov təkrar imtahanın Prezident Aparatı, Milli Məclis və KİV nümayəndələrinin iştirakı ilə keçiriləcəyini qeyd edib. Nazir təkrar imtahan gələn həftənin əvvəlində keçirilə biləcəyini deyib: “Hər hansı bir fəndən 2 alan şagirdə də attestat verilə bilər. Bu, o halda mümkündür ki, məzunun 10-11-ci sinif göstəriciləri və sınaq imtahanını nəticələri yaxşı olsun və Təhsil Nazirliyinin hesablama düsturu əsasında 2,5-dən çox bal toplasın. Düstur isə belədir 1/100(50 faiz yekun imtahanın nəticəsi + 10 faiz 10-cu sinfin illik qiymətinin nəticəsi +15 faiz 11-ci sinfin illik qiymətinin nəticəsi + 7 faiz 1-ci sınaq imtahanının nəticəsi + 8 faiz II sınaq imtahanının nəticəsi + 10 faiz III sınaq imtahanının nəticəsi). Bunlar toplanacaq və 100-ə bölünəcək. 2,5-dən çox bal toplayan məzuna diplom veriləcək”. Nazir şagirdlərin biliyinin 3 saatlıq imtahanla qiymətləndirilməsinin düzgün olmadığını söyləyib. İmtahanın nəticələrini yüksək qiymətləndirən M. Mərdanov iyunun 25-dək məzunlara attestat veriləcəyini bildirib: “Artıq balları hesablanan bəzi məzunların attestatları rayonlara göndərilib. Təkrar imtahan verən məzunların da attestatı iyunun 25-dək veriləcək. Mən bu qənaətdəyəm ki, imtahanda aşağı nəticə göstərənlər ən primitiv suallara cavab verə bilməyən şagirdlərdir”. Attestatların rüşvətlə verildiyi barədə yayılan xəbərlərə münasibət bildirən nazir bunun doğru olmadığını vurğulayıb: “Attestatlar pulla verilsəydi, imtahanı keçirib bu vəziyyətlə üzləşməzdik. Bunda heç bir marağımız da yoxdur. Əlbəttə valideynlərini aldadanlar var, biz valideynləri aldanmamağa çağırırıq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR