Oğurluqda təqsirləndirilən Masallı sakinləri tutulublar

Oğurluqda təqsirləndirilən Masallı sakinləri tutulublar
# 17 iyun 2008 08:10 (UTC +04:00)
Masallı. Ağəddin Babayev APA. Masallıda oğurluq faktının üstü açılıb. Masallı Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini Rizvan Quliyevin APA-nın cənub bürosuna verdiyi məlumata görə, hazırda Rusiyada yaşayan rayon sakini Nurəddin Əliağa oğlu Maliyevin evindən oğurluq edilib. Araşdırma nəticəsində oğurluğu rayonun Təzə Alvadı kənd sakini Şahin Gülhüseyn oğlu İbişov və Masallı şəhər sakini Azər Firudin oğlu Cavadovun törətdiyi məlum olub və onlar saxlanılıblar. Əvvəllər dəfələrlə məhkum olunmuş hər iki şəxs oğurladığı malları satarkən yaxalanıb. İlkin araşdırma zamanı həmin şəxslərin daha bir neçə evdən oğurluq etdikləri müəyyənləşdirilib.
Qeyd edək ki, son 10 gündə Masallıda baş verən 8 oğurluq hadisəsindən 6-sı açılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR