Azərbaycanın Şəmkir şəhəri ərazisində arxeoloji qazıntılar bərpa edilib - FOTO

Azərbaycanın Şəmkir şəhəri ərazisində arxeoloji qazıntılar bərpa edilib - <font color=#FF0000>FOTO</font>
# 17 iyun 2008 09:00 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Rəşid Bağırov APA-nın qərb bürosuna bildirib ki, Şəmkir çayının sol sahilində Muxtariyyə və Keçili kəndləri ərazisində aparılan arxeoloji araşdırmalar nəticəsində uzunluğu 84 m, hündürlüyü 5-6 m olan Şəmkir Qalasının divarları aşkarlanıb. Qala Azərbaycanın aran memarlığı üslubunda tikilib. R. Bağırovun sözlərinə görə arxeoloji araşdırmalar aparılan ərazidə yaşayış evləri və 9-10-cu əsrə aid kanalizasiya və su xəttinin qalıqları da tapılıb. Bu da bir daha sübut edir ki, Şəmkir qədim dövrlərdə inkişaf etmiş şəhər olub.
Qeyd edək ki arxeoloji qazıntılar bu il oktyabrın sonunda yekunlaşdırılacaq.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR