Elçin Behbudov Bakının sabiq prokurorunun MTN-də saxlanılan oğlu ilə görüşüb

Elçin Behbudov Bakının sabiq prokurorunun MTN-də saxlanılan oğlu ilə görüşüb
# 17 iyun 2008 10:01 (UTC +04:00)
Komitə sədri APA-ya bildirib ki, təcridxana saxlanılan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, onun qardaşı “Azpetrol” Şirkətlər Qrupunun sabiq prezidenti Rafiq Əliyev, Cinayət Məcəlləsinin 234-cü maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) üzrə saxlanılan sabiq prokuror Rəşid Həsənovun oğlu Yalçın Həsənov, sabiq prokuror Ədalət Mirsalamovun oğlu Mahir Mirsalamovla görüşüb. E. Behbudov deyib ki, görüşdüyü şəxslərin saxlanma şəraitindən narazılıqları olmayıb: “Yalçın Həsənov və Mahir Mirsalamov bildirdilər ki, həbs olunan zaman onlara qarşı zor tətbiq olunub. Bu məsələ ilə maraqlandım və mənə dedilər ki, həmin şəxslər saxlanılan zaman müqavimət göstəriblər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR