Ombudsmanın nümayəndələri 22-ci polis bölməsində araşdırma aparıblar

Ombudsmanın nümayəndələri 22-ci polis bölməsində araşdırma aparıblar
# 17 iyun 2008 13:40 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşları Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsində araşdırma aparıblar. Bu barədə APA-ya Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib. Ombudsmanın nümayəndələri bölmənin rəhbərliyi və orada saxlanılan şəxslərlə görüşüblər. Müvəkkilin nümayəndələrinin iştirakı ilə bir neçə nəfərin şəxsiyyəti müəyyənləşdirilərək onlardan iltizam alınıb, profilaktik söhbət aparıldıqdan sonra sözü gedən şəxslər sərbəst buraxılıblar. Bölmə rəisi saxlanılan şəxslərə qarşı hər hansı təzyiq göstərilmədiyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR