Moskvada təhsil alan azərbaycanlı tələbələr qanvermə aksiyası keçiriblər
18 iyun 2008 14:00 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Moskvada fəaliyyət göstərən Rusiyanın Azərbaycan Gənclər Təşkilatı (RAGT) bu gün “Qanın milliyyəti olmur!” devizi altında qanvermə aksiyası keçirib. Qurumun üzvü Emin Hacıyevin APA-ya verdiyi məlumata görə, təşkilatın lideri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən aksiyada 13,5 litr qan toplanıb. Xeyriyyə məqsədilə qan vermək istəyən azərbaycanlı gənclərin sayı 50-yə qədər olsa da, onlardan yalnız 38-nin göstəriciləri donorluq üçün uyğun gəlib. Aksiya akademik Petrovski adına Cərrahiyyə Elmi Mərkəzində keçirilib. E. Hacıyev bildirib ki, Rusiya qanunlarına əsasən xeyriyyəçilik məqsədilə verilən qan üçün də pul ödənildiyi üçün əldə olunmuş vəsait Bloxin adına Uşaq Onkoloji Mərkəzinə verilib. Onun sözlərinə görə, təşkilat tərəfindən ilk dəfədir keçirilən bu aksiya ənənə xarakteri alacaq.
Sosial
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib - FOTO
20:38
26 aprel 2024
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
20:00
26 aprel 2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
19:46
26 aprel 2024
Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb
19:40
26 aprel 2024