Fikrət Məmmədov Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Seçki Departamentinin rəis müavini ilə görüşüb

Fikrət Məmmədov Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Seçki Departamentinin rəis müavini ilə görüşüb
# 18 iyun 2008 15:24 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycanda səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Seçki Departamentinin rəis müavini Konrad Olajevskinin başçılıq etdiyi nümayəndə heyəti ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşüb. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ölkəmizin ATƏT-lə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini bildirən nazir Azərbaycanda insan hüquqlarının təşviqində, qanunvericiliyin təkmilləşdirilməsində ATƏT-in dəstəyini qeyd edib. ATƏT-in müşahidə missiyası haqqında məlumat verən qonaq prezident seçkisinə hazırlıq, müşahidəçilərin prosesdə iştirakı, seçki ilə bağlı şikayətlərə baxılması, pozuntularla əlaqədar görülən tədbirlər və qanunvericiliyə edilmiş dəyişikliklərlə maraqlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR