Balakəndə iki aptek qapadılıb

Balakəndə iki aptek qapadılıb
# 19 iyun 2008 09:31 (UTC +04:00)
Balakən. Hafiz Heydərov - APA. Balakən rayonunda fəaliyyət göstərən iki aptek qapadılıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Gigiyena və Epidemiologiya Mərkəzinin Balakən rayon şöbəsindən məlumat verilib. Şöbədən bildirilib ki, Səhiyyə Nazirliyi tərəfindən rayon ərazisində aparılan yoxlamalar zamanı qanunsuz fəaliyyət göstərən iki aptek qapadılıb və 15 iaşə obyektinə sanitar qaydalarına əməl etmədikləri üçün ciddi xəbərdarlıq edilib. Bağlanan apteklərdən birinin Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərdiyi məlum olub. Aparılan yoxlama zamanı bu aptekin qanunla nəzərdə tutulmuş ərazidən kənarda fəaliyyət göstərdiyi müəyyənləşdirilib. Digər aptekin qapadılmasına isə lisenziya müddətinin bitməsi səbəb olub.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin Milli Təhlükəsizlik Nazirliyi ilə birgə Balakən rayonunda keçirdiyi yoxlamalar hələ davam edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR