138 km uzunluğunda sintetik tor su hövzələrindən götürülüb

138 km uzunluğunda sintetik tor su hövzələrindən götürülüb
# 06 sentyabr 2022 16:17 (UTC +04:00)

“138 km uzunluğunda sintetik tor yığışdırılıb”.

APA xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

O bildirib ki, ötən il və bu ilin 8 ayı ərzində Su Nəqliyyatında Polis İdarəsinin brakonyerliyə qarşı mübarizə departamenti ilə birgə 138 km uzunluğunda 2414 ədəd sintetik tor həm su hövzələrindən, həm də satış yerlərindən götürülüb.

Xidmət rəisi qeyd edib ki, sintetik torların ətraf mühitə ziyanı olduqca böyükdür.

Su Nəqliyyatında Polis İdarəsinin Brakonyerliyə qarşı mübarizə departamentinin rəisi Aydın Şəkərəliyev mövzu ilə bağlı qeyd edib ki, qanunsuz balıq ovu ilə bağlı bu ilin 8 ayı ərzində 68 nəfər müəyyən edilib. 9 ton 500 kq qanunsuz ovlanmış balıq dövriyədən çıxarılıb və 21 qayıq müsadirə edilib. Qanunsuz balıq ovlayanlardan 5 nəfər barəsində iltizam tədbiri görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR