16 mindən çox şəhid ailəsi üzvü və müharibə veteranı məşğulluq proqramlarına cəlb edilib

16 mindən çox şəhid ailəsi üzvü və müharibə veteranı məşğulluq proqramlarına cəlb edilib
# 13 yanvar 2023 12:56 (UTC +04:00)

44 günlük Vətən müharibəsindən sonra sosial dəstək paketi çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçılarının müxtəlif istiqamətlər üzrə məşğulluq proqramlarına cəlb edilməsi işləri davam etdirilir.

Dövlət Məşğulluq Agentliyindən APA-ya bildirilib ki, artıq şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarından ibarət 16,5 min şəxsin məşğulluğu təmin edilib.

Onlardan 9,5 min şəxs özünüməşğulluq proqramına cəlb olunub, 6,9 min şəxs isə münasib işlə təmin edilib.

Həmçinin postmüharibə tədbirləri çərçivəsində 239 şəxs peşə hazırlığına cəlb edilib. Bundan başqa qeyd edilən kateqoriyadan olan şəxslərə əməkhaqqının birgə maliyyələşdirilməsi, kvota üzrə işlə təminat və digər istiqamətlərdə də dəstək göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR