30 aprel-1 mayda keçirilən buraxılış imtahanının nəticələri 2 günə elan olunacaq 

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 25 may 2022 18:53 (UTC +04:00)

30 aprel və 1 mayda keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahalarının nəticələri yaxın 2 gün ərzində elan olunacaq.

APA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirib.

O eyni zamanda qeyd edib ki, 15 mayda keçirilən imtahanların nəticələri isə növbəti həftənin əvvəlində elan olunacaq.

Qeyd edək ki, mayın 15-də əvvəlki illərin məzunları üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı; müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı; qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı; aprel-may aylarında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı; eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı; buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR