44 günlük müharibədə tarixi Zəfərin siyasi-ideoloji əsasları mövzusunda ali məktəblərdə konfranslar keçirilib

44 günlük müharibədə tarixi Zəfərin siyasi-ideoloji əsasları mövzusunda ali məktəblərdə konfranslar keçirilib
# 07 noyabr 2022 21:03 (UTC +04:00)

Bakı Politoloqlar Klubu Bakı şəhərinin ali təhsil müəssisələrində 44 günlük müharibədəki tarixi ZƏFƏRİN siyasi-ideoloji əsasları mövzusunda tələbələrin maarifləndirilməsi məqsədini nəzərdə tutan konfranslara yekun vurub.

APA xəbər verir ki, Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Pedoqoji Universiteti, Qərbi Kaspi universitetində keçirilən görüşlərdə Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov, millət vəkilləri Aydın Mirzəzadə və Sevil Mikayılova, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev, professorlar Fikrət Sadıqov və Elşad Məmmədov, politoloqlar Fikrət Sadıqov, Əhməd Əlili, Zaur İbrahimli, Vüqar Zifəroğlu, Cavid Vəliyev, Elşən Məcidov, iqtisad elmləri doktoru Emin Qərbli ayrı- ayrı elmi - praktiki konfranslardakı çıxışlarında tarixi qələbəyə aparan ideoloji - siyasi, iqtisadi, sosial yol haqqında gəncləri maarifləndiriblər. Hazırda yeni geosiyasi proseslər fonunda gənclərin atmalı olduqları addımlar haqqında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR