ADA-da Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO

ADA-da Zəfər Gününə həsr olunmuş tədbir keçirilib  - FOTO
# 04 noyabr 2022 15:01 (UTC +04:00)

ADA Universitetində 8 noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib, "Şuşanın dağları başı dumanlı" adlı bədii-sənədli film nümayiş etdirilib.

APA xəbər verir ki, tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müsəllim Həsənovun ssenari müəllifi olduğu filmi ingilis dilində "BBC" televiziyasının məşhur aparıcılarından olan Devid Seys səsləndirib. Tədbir ADA Universiteti tələbələrinin ifasındakı ədəbi bədii kompozisiyalarla davam edib.

Qeyd edək ki, noyabrın 4-ü ADA Universitetində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş sərgi də keçirilib. Sərgi Azərbaycan Respublikasının Rəssamlar İttifaqı Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR