Ağcabədidə yanğın təhlükəsizliyi ilə bağlı sahibkar və fermerlərlə görüş olub - FOTO

Ağcabədidə yanğın təhlükəsizliyi ilə bağlı sahibkar və fermerlərlə görüş

© APA | Ağcabədidə yanğın təhlükəsizliyi ilə bağlı sahibkar və fermerlərlə görüş

# 28 aprel 2022 14:16 (UTC +04:00)

Ağcabədidə təbiət ərazilərində yanğın təhlükəsizliyi mövzusunda sahibkar və fermerlərlə görüş keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Daxili İşlər və Kənd Təsərrüfatı nazirliklərinin, həmçinin Baş Prokurorluq rəsmilərinin iştirakı ilə keçirilən tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev qeyd edib ki, yanğın baş verən sahənin əvvəlki halına qayıtması üçün illərlə vaxt lazımdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, yanğınların söndürülməsi üçün böyük miqdarda suya ehtiyac var. Sudan səmərəli istifadə baxımından da hər kəs yanğınların baş verməməsi üçün diqqətli olmalıdır: “Dəfələrlə taxıl biçildikdən sonra sahəni yandırmamaq barədə xəbərdarlıqlar etməyimizə baxmayaraq, təəssüf ki, hələ də bu cür hallarla üzləşirik”.

Görüşdə tədbir iştirakçılarına yanğın hallarının baş verməməsi üçün yanğın təhlükəsizliyi qaydalarına riayət etmək, biçindən sonra sahələrə od vurmamaq, təbiətdə olarkən odla ehtiyatlı davranmaq barədə tövsiyələr verilib.

Müşavirədə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev çıxış edərək son bir il ərzində bölgədə baş vermiş yanğın hadisələrinin statistikası haqqında danışıb. Nazir müavini yanğınların qarşısının alınması, təhlükəsizlik tədbirləri haqqında maarifləndirici çıxış edib. E. Mirzəyev yanğın təhlükəsizliyi ilə bağlı nazirlik tərəfindən aşkar edilmiş qüsurlar haqqında da məlumat verib.

Elgün Gəncimsoy

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR