Alban-udi dini icmanın sədr müavini: “Azərbaycan torpaqlarında bir daha müharibə olmasın”

Alban-udi dini icmanın sədr müavini: “Azərbaycan torpaqlarında bir daha müharibə olmasın”
# 26 iyun 2022 12:40 (UTC +04:00)

Alban - Udi Xristian Dini İcmasının üzvlərinin erməni işğalından azad edilən Tərtər rayonunun Suqovuşan qəsəbəsinə ziyarət ediblər.

Alban-udi dini icmanın sədr müavini Rafik Danakari Arami APA-nın Qarabağ bürosuna açıqlama verib.

O, bu günü müqəddəs adlandırıb:

“Biz Nij qəsəbəsindən gəlmişik. Bu gün 5-6-cı əsrlərə aid olan bu qədim məbədi ziyarət edirik. Bu gün Silahlı Qüvvələr Günüdür. Biz zabitlərimizi, əsgərlərimizi təbrik edirik. Arzu edirik ki, Azərbaycan torpaqlarında bir daha müharibə olmasın. Biz sülh sevən, qonaqpərvər xalqıq. Bu gün də bura gəlmişik ki, şəhidlərin ruhuna dualar edək, şamlar yandıraq, qazilərə Allahdan şəfa diləyək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR