AMEA: Kəhrizlər konkret bir dövlət orqanının balansına verilməlidir

Əlövsət Quliyev

© APA | Əlövsət Quliyev

# 26 may 2022 11:12 (UTC +04:00)

“Təəssüf ki, Azərbaycanda kəhriz sistemi hələ də lazımi səviyyədə tədqiq olunmayıb və onlardan səmərəli istifadə edilmir”.

APA xəbər verir ki, bunu “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsinə həsr olunmuş beynəlxalq konfransda AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev deyib.

Onun sözlərinə görə, bu gün onların öyrənilməsinə, sıradan çıxmaqda olan bəzi qədim kəhrizlərin bərpasına ciddi ehtiyac var.

Alim qeyd edib ki, vaxtilə ölkəmizin ərazisində 1500-dən çox kəhriz olub: “Bu, çox önəmli rəqəmdir və bizim istifadədən kənarda qalan nə qədər şirin su mənbəyimizin olduğunu təsdiqləyir. 1938-ci ildə Azərbaycanda 885 kəhriz rəsmi olaraq dövlət qeydiyyatına alınıb və onlardan suvarma mənbəyi kimi istifadə olunub. Bu kəhrizlərin cəmi su sərfi saniyədə 13,5 kubmetr, il ərzindəki həcmi isə 420 milyon kubmetrdir. Bu gün həmin suyun cəmi 20–25 faizindən istifadə edilir. Azərbaycanda kəhrizlər dövlət qeydiyyatına alınmayıb. Kəhrizlərimiz konkret bir dövlət orqanının balansına verilməli, onlar bərpa edilməli və qorunmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR