Bank Of Baku

AMEA-nın Ümumi Yığıncağının vaxtı müəyyənləşib - YENİLƏNİB - VİDEO

AMEA-nın Ümumi Yığıncağının vaxtı müəyyənləşib - YENİLƏNİB  - VİDEO
# 17 fevral 2022 17:26 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi qərar qəbul edib ki, fevralın 19-da saat 12.00-da Akademiyanın ali idarəetmə orqanı olan Ümumi Yığıncaq çağırılsın”.

Bunu APA-ya açıqlamasında AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev bildirib.

Rasim Əliquliyev deyib ki, Ümumi Yığıncaqda AMEA Prezidenti Ramiz Mehdiyevin vəzifəsindən istefa verməsi ilə bağlı ərizəsi və AMEA Prezidentinin səlahiyyətlərinin Birinci vitse-prezident Arif Həşimova həvalə olunması məsələləri müzakirə olunacaq.

***

saat 17.00

Fevralın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçiriləcək.

APA-nın Vesti.az saytına istinadən verdiyi xəbərə görə, Ümumi yığıncaqda Akademiyaya yeni prezident seçiləcək.

AMEA prezidenti postuna Akademiyanın birinci vitse-prezidenti Arif Həşimovun namizəd olması ehtimal edilir.

Qeyd edək ki, fevralın 14-də AMEA Rəyasət Heyətinin iclası keçirilib. Ramiz Mehdiyev istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR