AMEA-da direktor vəzifəsi üzrə seçkilərə sənəd qəbulu başa çatıb

AMEA-da direktor vəzifəsi üzrə seçkilərə sənəd qəbulu başa çatıb
  • Clock-gray 10:00
  • calendar-gray 12 İyul 2019

AMEA-nın elmi-tədqiqat müəssisələrində direktor vəzifəsini tutmaq üçün elan edilmiş seçkilərə sənəd qəbulu başa çatıb.

Bu barədə APA-ya AMEA-nın akademik-katibi, Elm və təhsil baş idarəsinin rəisi Əminağa Sadıqov məlumat verib.

Onun sözlərinə görə, direktor vəzifəsinə namizədlərlə bağlı məlumatlar əvvəlcə müvafiq bölmələrdə yaradılan ekspertiza komissiyalarında təhlil olunacaq: “Bu məlumatlar tam araşdırıldıqdan sonra tanış olmaq üçün bölmə üzvlərinə təqdim ediləcək. Bundan sonra AMEA-nın bölmələrində seçki təyin olunacaq. Hazırda AMEA-da məzuniyyət dövrü başlayıb. Buna görə müvafiq bölmələr üzrə seçkilər sentyabr-oktyabr aylarında keçiriləcək. Daha sonra bölmələrdəki seçkilərin nəticələri AMEA Rəyasət Heyətində müzakirə olunacaq və yekun qərar veriləcək”.

Qeyd edək ki, AMEA-nın elmi-tədqiqat müəssisələrində direktor vəzifəsini tutmaq üçün sənəd qəbulu iyunun 11-dən iyulun 11-dək aparılıb.

AMEA-nın elmi-tədqiqat müəssisəsinin direktoru vəzifəsinə namizədlər yüksək elmi nailiyyətləri, elmi-təşkilati bacarığı olan alimlər sırasından müvafiq bölmənin bürosu, AMEA-nın həmin bölmədən olan üzvləri və ya həmin elmi müəssisənin elmi şurası tərəfindən irəli sürülə bilər.

Vakansiya olan elmi-tədqiqat müəssisələri aşağıdakılardır:

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə:

Fizika İnstitutu

İdarəetmə Sistemləri İnstitutu

Riyaziyyat və Mexanika İnstitutu

İnformasiya Texnologiyaları İnstitutu

Biofizika İnstitutu

Kimya Elmləri Bölməsi üzrə:

Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu

Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu

Yer Elmləri Bölməsi üzrə:

Geologiya və Geofizika İnstitutu

Biologiya və Tibb Elmləri Bölməsi üzrə:

Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu

Mərkəzi Nəbatat Bağı

Humanitar Elmlər Bölməsi üzrə:

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi

Hüseyn Cavidin Ev Muzeyi

İctimai Elmləri Bölməsi üzrə:

Fəlsəfə İnstitutu

Milli Azərbaycan Tarixi Muzeyi

Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu

 

Kəmalə Quliyeva

Digər xəbərlər

Arxiv

date