ANAMA BQXK əməkdaşları üçün maarifləndirmə tədbiri keçirib - FOTO

ANAMA BQXK əməkdaşları üçün maarifləndirmə tədbiri keçirib - FOTO
# 15 noyabr 2022 16:29 (UTC +04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşlarına Partlayıcı Sursatların Təhlükəsinə dair maarifləndirmə tədbiri keçirilib.

APA xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.

Məlumata görə, tədbirin keçirilməsində məqsəd, işğaldan azad edilmiş ərazilərdə müvafiq fəaliyyətə cəlb olunan komitə əməkdaşlarının təhlükəsizlik qaydalarına riayət etməsi, şübhəli ərazilərin əlamətləri və təhlükəli ərazilərdə davranış qaydaları haqda məlumatlı olmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR