ANAMA mina partlaması nəticəsində xəsarət alan əməkdaşının vəziyyətini açıqlayıb

ANAMA mina partlaması nəticəsində xəsarət alan əməkdaşının vəziyyətini açıqlayıb
# 30 avqust 2022 12:48 (UTC +04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) bu gün Qubadlıda mina partlaması nəticəsində xəsarət alan əməkdaşının vəziyyəti ilə bağlı məlumat açıqlanıb.

ANAMA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 30-da Qubadlı rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alan minaaxtaran it bələdçisi, 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğluna yerində Agentliyin paramedikləri tərəfindən ilkin tibbi yardım göstəriləndən sonra Füzuli rayon xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyəti stabildir. Həyati təhlükəsi yoxdur.

“Hörmətli vətəndaşlar, bədbəxt hadisələrlə üzləşməmək üçün sizi daha diqqətli olmağa çağırırıq”, ANAMA-dan bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR